Google Ads Reklam Kampaniyalarında Neqativ Sözlərin Faydası

Google Ads və Neqativ Sözlər

Google Ads platformasında yaradılan kampaniyanın açar sözlər bölməsində neqativ sözlər alt bölməsi var.  Bu neqativ sözlər nə üçündür və hansı rolu oynayır? Neqativ sözlərin rolu çox böyükdür, onlar sizin reklam büdcənizin daha faydalı sərf olunmasına yardımçı olur.

Açar sözlərin köməyi ilə sizin elanlarınız potensial müştərilərinizin qarşısına çıxır. Neqativ sözlərin köməyi ilə isə, əksinə, elanlarınızın çıxmamasını təmin edə bilərsiniz. Bunun faydası nədrir? Məqalənin davamını oxuyun, misal gətirəcəyik ki, hər şey daha aydın olsun.

Google Ads Tercume
Misal: Tərcümə Mərkəzinin Google Reklam Elanı

Şəkildə gördüyünüz kimi, Google axtarış sisteminə daxil olub “tercume merkezi istanbul” yazdıqda, bizim yerli Aztercume şirketinin elanı çıxdı. Kimsə Türkiyənin İstanbul şəhərində yerləşən tərcümə mərkəzi axtarır, lakin Bakı şəhərində yerləşən tərcümə mərkəzinin elanını görür. Bu axtarışı verən insan gördüyünüz elanın üzərinə klik etsə, Aztərcümə şirkəti bu klikə görə pul ödəyəcək, lakin müştəri əldə etməyəcək.

Bu cür sorğuların sayı çox olur və reklam verən şirkətlər bu hallarda reklama ayırdıqları büdcənin bir hissəsini sadəcə itirirlər. Bunun qarşısını almaq üçün neqativ sözlərdən istifadə etmək lazımdır. Gətirdiyimiz misalda Aztərcümə şirkəti istanbul sözünü neqativ sözlər siyahısına əlavə etsəydi, bu sorğu üzrə onun elanı görsənməyəcəkdi.

Google Ads -də Yalnış sorğular barədə məlumatı necə tapmaq olar?

Neqativ sözlər bazasını artırmaq üçün, siz sizə lazım olmayan, yalnış sorğuları araşdırmalısınız. Bunu etmək üçün siz Google kampaniyanızın Search Terms bölməsinə keçməlisiniz və istənilən müddət üçün bütün axtarış cümlələrini görə biləcəksiniz. Search Terms bölməsi, sizə insanların axtarış zamanı yazdıqları cümlələri göstərəcək. Bu axtarış cümlələrini gördükdən sonra, siz anlayacaqsınız ki, indiyədək reklam büdcənizin bir hissəsi həqiqətən düzgün sərf edilmirdi. Yalnış sorğuları incələyərək, onların içindən neqtiv sözləri seçin və neqativ sözlər siyahısına əlavə edin.

Lakin neqativ sözləri əlavə edərkən ehtiyyatlı davranın, çünki həmin neqativ sözlərdən biri potensial müştərilərinizin axtarış cümləsində olsa, həmin insanlar artıq sizin elanlarınızı görməyəcəklər. Bu səbəbdən, hər hansı sözü neqativ söz olaraq əlavə edərkən, özünüzə sual verin “Bu söz mənə həqiqətən lazım deyil?” 100% əmin olduqdan sonra, sözü neqativ sözlər siyahısına əlavə edin.

Google Ads kampaniyalarınıza daim nəzarət edin

Yalnış axtarış cümlələri barədə daim xəbərdar olmaq üçün və neqativ sözlər bazanızı pereodik olaraq böyütmək üçün, daim Google Ads kampaniyalarınıza nəzarət edin. Əgər hər gün nəzarət edə bilmirsinizsə, o zaman çalışın ki həftədə ən azı 1 dəfə bunu edəsiniz. Neqativ sözlər siyahınızı artırdıqca, google reklamı üçün ayırdığınız büdcə daha faydalı sərf olunaraq, sizə daha çox müştəri gətirəcək.

Google kampaniyanıza nəzarət edərkən, elanların da performansına nəzər yetirin. Yüksək CTR göstəricisi olan elanları davam etdirin, zəif göstəricisi olan elanları isə yeniləri ilə əvəz edin.

Kampaniyalarınızı pereodik olarak bu tərzdə optimizasiya etsəniz, buradan daha yüksək nəticələr əldə edə biləcəksiniz. Sizə bol müştərilər arzu edirik!

Google Ads Reklam kampaniyalarınızın peşəkarca hazırlanmasını bizə sifariş etmək üçün, aşağıdaki xanaları doldurun və göndər düyməsinə basın. Ən qısa zaman ərzində biz sizinlə əlaqə saxlayacayıq.

Gözləmək istəmirsinizsə, siz bizimlə əlaqə saxlaya bilərsiniz: +994 70 983 66 99 [+whatsapp]

Google Ads Neqativ Sozler

Digər Məqalələr

WhatsApp chat