Google Reklam Elanları

Google Reklam – Axtarılın və Tapılın!

İnsanlar nəyisə axtardıqda, ilk öncə Google axtarış sisteminə üzlərini tuturlar. Onlar Google axtarış sisteminə sorğularını verirlər və Google onlara müxtəlif nəticələr çıxarır. Bu səbəbdən sizin biznesinizin, təklif etdiyiniz məhsullarınızın və xidmətlərinizin Google-da axtarış zamanı çıxması çox önəmlidir.

Açar-Sözlərdən İstifadə Edirik

Potensial müştəriləriniz Google da axtarış verərkən, müxtəlif açar sözlərdən istifadə edirlər. Misal üçün: mebel almaq istəyən insan, Google da axtarış zamanı bu sözlərdən istifadə eir: “mebel baku”, “baku mebel salonlari”, “baku mebel magazalari”, “mebel kreditle”, “classic mebel baku”, “metbex mebeli” ve s.

Bu açar sözlərdən Google Ads kampaniyasında düzgün istifadə edərək, mebel salonunun sahibi, mebel almaq istəyən insanları öz müştərisinə rahatlıqla çevirə bilər. Google reklam elanları(Google Ads) – yeni müştərilər əldə etmək üçün  çox effektiv bir marketinq alətidir, bundan mütləq yararlanın. Google Reklam kampaniyasının peşəkarca hazırlanmasını bizə sifariş etmək üçün aşağıdaki formanı doldurub bizə göndərin. Ən qısa zaman ərzində biz sisinlə əlaqə saxlayacayıq.

Hər Məhsulunuz və Hər xidmətiniz üçün Elan hazırlayırıq

Təklif etdiyiniz hər bir məhsul və ya xidmət üçün ayrıca bir google reklam elanı hazırlayacayıq ki, Google reklamından maksimum nəticə əldə edəsiniz. Misal üçün: sizin şirniyyat dükanınız var, siz Tort və Paxlava satırsınız. İnsanlar Googleda Tort axtardıqda, tort təklifinizə aid elanı görəcəklər “Ən Dadlı Tortlar | İndi Sifariş Et | +994 50 000 00 00”. Biz onları elandan bir başa saytınızın Tortlar bölməsinə yönəldəcəyik. Paxlava axtaran insanlar isə digər elanınınız görəcəklər “Qozlu və Fındıqlı Bakı Paxlavaları | İndi Sifariş Et | +994 50 000 00 00”. Bu insanları isə saytınızın Paxlava bölməsinə yönəldəcəyik.

Nümunə olaraq, aşağıdaki şəkildə,  Baki Flebologiya Mərkəzinin və Pak Xalça şirkətinin elanlarına nəzər yetirə bilərsiniz. Gördüyünüz google reklam elanlarının üzərinə basaraq, istifadəçilər şirkətin saytına keçəcəklər. Saytınız yoxdursa üzülməyin, reklamı facebook / instagram səhifənizə və ya bir başa telefon zənginə yönəltmək də mümkündür.

Google Reklam Elanlari
Google reklam üzrə bizdən təklif almaq üçün aşağıdaki xanaları doldurun və Göndər düyməsinə basın. Ən qısa zaman ərzində biz sizinlə əlaqə saxlayacayıq. Gözləmək istəmirsinizsə, +994 70 983 66 99 nömrəsinə zəng edin və ya whatsapp üzərindən əlaqə saxlayın.
WhatsApp chat