Hostinq Xidməti | Sayt üçün Hostinq sifariş et

ƏN SƏRFƏLİ QİYMƏTƏ VPS (VİRTUAL SERVER) HOSTINQ SIFARİŞ EDİN

VPS-SAS (VİRTUAL SERVER) Hostinq Xidməti

SAS disklər üzərində işləyən VPS (Virtual Şəxsi Server) hostinq xidməti.

VPS-SAS-1


Disk növü: SAS

Verilən Yer (Disk Həcmi): 5 GB

Operativ yaddaş (RAM): 1 GB

CPU nüvə sayı: 1 nüvəli

Əməliyyat Sistemi: Linux

İdarə Etmə Paneli: +

Texniki Dəstək: +


Aylıq Ödəniş: 6 AZN

Minimal Sifariş: 3 ay

VPS-SAS-2


Disk növü: SAS

Verilən Yer (Disk Həcmi): 10 GB

Operativ yaddaş (RAM): 2 GB

CPU nüvə sayı: 1 nüvəli

Əməliyyat Sistemi: Linux

İdarə Etmə Paneli: +

Texniki Dəstək: +


Aylıq Ödəniş: 10 AZN

Minimal Sifariş: 3 ay

VPS-SAS-3


Disk növü: SAS

Verilən Yer (Disk Həcmi): 15 GB

Operativ yaddaş (RAM): 3 GB

CPU nüvə sayı: 1 nüvəli

Əməliyyat Sistemi: Linux

İdarə Etmə Paneli: +

Texniki Dəstək: +


Aylıq Ödəniş: 14 AZN

Minimal Sifariş: 3 ay

hostinq xidməti sifariş etmək üçün zəng edin

070 983 66 99

VPS-SSD (VİRTUAL SERVER) Hostinq Xidməti

Sürətli SSD disklər üzərində işləyən VPS (Virtual Şəxsi Server) hostinq xidməti.

VPS-SSD-1


Disk növü: SSD (sürətli)

Verilən Yer (Disk Həcmi): 10 GB

Operativ yaddaş (RAM): 1 GB

CPU nüvə sayı: 1 nüvəli

Əməliyyat Sistemi: Linux

İdarə Etmə Paneli: +

Texniki Dəstək: +


Aylıq Ödəniş: 12 AZN

Minimal Sifariş: 12 ay

VPS-SSD-2


Disk növü: SSD (sürətli)

Verilən Yer (Disk Həcmi): 15 GB

Operativ yaddaş (RAM): 2 GB

CPU nüvə sayı: 1 nüvəli

Əməliyyat Sistemi: Linux

İdarə Etmə Paneli: +

Texniki Dəstək: +


Aylıq Ödəniş: 23 AZN

Minimal Sifariş: 3 ay

VPS-SSD-3


Disk növü: SSD (sürətli)

Verilən Yer (Disk Həcmi): 25 GB

Operativ yaddaş (RAM): 4 GB

CPU nüvə sayı: 1 nüvəli

Əməliyyat Sistemi: Linux

İdarə Etmə Paneli: +

Texniki Dəstək: +


Aylıq Ödəniş: 34 AZN

Minimal Sifariş: 3 ay

hostinq xidməti sifariş etmək üçün zəng edin

070 983 66 99

Hostinq nədir? Hostinq xidməti nə üçündür?

Hostinq xidməti – sizin saytınızın şəkillərini, videolarını, mətnlərini və digər fayllarını saxlamaq üçün lazımdır. Hostinq xidməti ni sifariş edərkən, siz faktiki olaraq fiziki və ya virtual serveri icarəyə(arendaya) götürmüş olursunuz.

Sizə hostinq xidməti ni göstərən şirkətin (hostinq provayderin) əsas borcu, saytınızın günün 24 saatı onlayn olmasını təmin etməkdir.

Əslində siz belə bir serveri özünüz də alıb, ofisdə və ya evdə saxlaya bilərsiniz. Lakin bu halda, siz özünüz ona nəzarət etməli olacaqsnız. Çünki serverinizin günün 24 saatı internetə çıxışı olmalıdır və server günün 24 saatı elektriklə təmin olunmalıdır.

Bundan əlavə, yaranan bütün texniki problemləri özünüz həll etməli olacaqsınız və proqram təminatının quraşdaırılası da sizin üzərinizə düşəcək. Saytınızın təhlükəsizliyi, onun kiber hücümlardan qorunmasıda sizin nəzarətiniz altında olacaq.

Bunların hamsına vaxt itirməmək üçün, sayt sahibləri və şirkətlər, hostinq xidməti ni, hostinq şirkətlərinə / hostinq provayderlərə sifariş edirlər. Hostinq provayder, sizin saytınızın günün 24 saatı onlayn olmasını, onun kiber hücümlardan qorunmasını və serverdə yaranan texniki problemlərin həllini təmin edir.

Hostinq Xidməti JedAi

HOSTİNQ NÖVLƏRİ

Əsasən 5 növ hostinq xidməti mövcuddur. Veb saytın funkisonallığından, həcmindən və gündəlik sayta daxil olan ziyarətçilərin sayından asılı olaraq, hostinq növü düzgün seçilməlidir. Gəlin aşağıda hər hostinq növünü qısaca araşdıraq:

Shared Hostinq Xidməti
Shared Hosting Xidməti
1). Shared Hostinq

İlk yaranan hostinq növlərindən biri – Shared Hostinq.

Bir fiziki server üzərində bir neçə şirkətin saytı yerləşdirilir və bu saytların hamısı bir fiziki serverin resurslarından(imkanlarından) istifadə edir.

Hostinq şirkəti serveri bir neçə hissəyə bölür və  üzərində hədda yüzlərlə sayt yerləşdirilə bilir.  Shared hostinqi çox mərtəbəli bina ilə müqayisə etmək olar.

Sakinlərin hamısı binanın işıqından, istilik sistemindən, parkinqindən, suyundan və digər imkanlarından istifadə edir. Sakinlərin mənzillərinin sahəsi fərqlidir, birinin mənzili daha böyükdür, digər sakinin mənzili isə daha kiçikdir.

Serverdə də bir şirkət daha çox yer ala bilər, misal üçün 5 GB, digər şirkət isə daha az yer ala bilər, misal üçün 2 GB.

Bu cür hostinqin əsas mənfi cəhətləri saytın sürətinin bəzi hallarda çox aşağı düşməsi və təhlükəsizliyin aşağı səviyyədə olmasıdır. 1). Əgər bir şirkətin saytı serverin çox resurslarını istifadə edirsə, bu həmin serverdə yerləşən digər saytların performansına (sürətinə) təsir edəcək. 2). Əgər hansısa saytın fayllarına virus düşərsə, həmin virus digər yanındaki saytlara da keçə bilər.

Shared hostinq xidmədi, kiçik saytlar, vizitka saytlar və portfolio tipli saytlar üçün istifadə edilə bilər. Lakin yuxarıda göstərilən mənfi cəhətlərə görə, shared hostinq istifadə etməsniz məsləhət deyil. Bu hostinq növünün dövrü artıq bitir.

2). Virtual Server / VPS

Hal-hazırda ən populyar, ən çox istifadə edilən və ən sərfəli hostinq növü – Virtual Server (VPS).

Bir fiziki server bir neçə müstəqil virtual serverə bölünür və hər serverin özünün müstəqil resursları olur: Disk, RAM, CPU(prosessor) və s.

Bir fiziki serverin üzərində onlarla virtual server yerləşə bilər, lakin onlar bir birinə təsir etmirlər, çünki hər virtual server tamamilə ayrı bir server kimi çalışır.

Bir virtual server çox resurs istifadə etdikdə, bu diqər virtual serverlərin performansına təsir etmir. Təhlükəsizlik baxımından da virtual serverlər çox güvənlidir. Bir virual serverə virus düşsükdə və ya hack olunduqda, bu diqər serverlərlər üçün təhlükə yaratmır.

Virtual Serverləri, qəsəbədəki fərdi evlərə bənzətmək olar. Hər fərdi ev bir virtual serverdir. Hər fərdi evin öz elektrik xətti, isitmə sistemi, suyu və digər resursları var. Hər fərdi ev, digər evlərdən asılı deyil.

Hər virtual serverə istənilən qədər resur ayırmaq olar. Misal üçün: bir virtual serverin parametrləri bu cür ola bilər: 10 GB yer, 1 GB RAM və 1 ədəd CPU. Digər virtual serverin parametrləri isə bü cür ola bilər: 20 GB yer, 2 GB RAM və 2 ədəd CPU. Bu virtual serverlərin hər ikisi bir fiziki serverin üzərində yerləşə bilər.

Virtual Server Hostinq Xidmeti

Sürətli SSD disklər üzərində işləyən Virtual Server hostinq xidməti ni bizdən ən sərfəli qiymətə sifariş edin. Ən çox alınan virtual server paketi VPS-SSD-1

hostinq xidməti sifariş etmək üçün zəng edin

070 983 66 99

Hostinq xidmeti - Şəxsi Fiziki Server / Dedicated Server
Hostinq xidməti - Şəxsi Fiziki Server / Dedicated Server
3). Şəxsi Fiziki Server / Dedicated Server

Bu hostinq növünü seçsəniz, fiziki server tam olaraq sizin kontrolunuz altında olacaq. Siz hostinq şirkətinin digər müştərilərindən asılı olmayacaqsınız. Sizin imkanlarınız yalnız fiziki serverin gücündən / parametrlərindən asılı olacaq.

Şəxsi Fiziki Serveri fərdi həyət evi və ya villa ilə müqayisə etmək olar. Həyət evinin öz ərazisi və qarajı var və bu ərazini qonşularla bölməyə ehtiyac yoxdur. Evin ərazisində və içində yerləşən bütün əşyalar və imkanlar yalnız sizə məxsusdur.

Fiziki Şəxsi Serverin administratoru, serverin proqram və aparat təminatına tam yetkisi olur. Bu isə o deməkdir ki, siz serverin fayl və əməliyyat sistemini tam kontrol edə biləcəksiniz və lazım olduqda, serverin fiziki  gücünü (parametrlərini) artıra biləcəksiniz.

Bu hostinq növü adətən böyük internet maqazinlər, onlayn oyun serverləri, sosial şəbəkə serveri və bank saytları üçün istifadə edilir.

Hostinq xidmeti - Şəxsi Fiziki Server / Dedicated Server
Hostinq xidməti - Şəxsi Fiziki Server / Dedicated Server
4). Bulud Hostinq / Cloud Hosting

Bu hostinq növündə, siz yalnız resursların, parametrlərin ödənişini edirsinz. Hostinq şirkəti isə bu resursları müxtəlif serverlər arasında bölür. Misal üçün, sizin saytınızın hissələri 3 ədəd müxtəlif serverdə yerləşə bilər. Disk yeri, RAM, prosessor nüvələri və digər resurslarda bir neçə server arasında paylaşdırılır.

Bunun hesabına hostinq şirkəti öz serverlərinin avadanlığının resurslarını daha ekonomik və daha faydalı istismar edir. Bunu belə təsəvvür etmək olar: yaşayış kompleksinin bir mənzilində sizin mətbəxiniz yerləşir, digər bir mənzildə yataq otağı yerləşir və üçüncü mənzildə isə qonaq otağı yerləşir.

Düzdür, belə bir evdə yaşamaq çox çətin olardı 🙂  Lakin hostinq xidməti baxımından Bulud hostinq – həm hostinq şirkətinə, həmdə onun müştərilərinə sarf edir. Əgər gələcəkdə sizə daha çox resurs lazım olsa, digər tarif palnına keçməyə ehtiyac olmayacaq. Daha öncə qeyd etdiyimiz kimi, Bulud tipli hostinq xidmətində siz bir neçə müxtəlif, müstəqil serverin resurslarından istifadə edirsiniz. İstədiyiniz vaxt daha çox resurs ala bilərsiniz.

Hostinq Xidməti. Bulud Hostinq / Cloud Hostinq
Hostinq Xidməti - Bulud Hostinq / Cloud Hostinq

Bulud / Cloud tipli hostinqin əsas üstünlüklərindən biri də budur ki, serverlərin biri və ya bir neçəsi texniki səbəblərdən dayanarsa, sizin saytınız yenədə dayanmayacaq, çünki resurslar avtomatik olaraq digər, işləyən serverlərdən götürüləcək.  Bu cür hostinq xidməti adətən xəbər saytları, internet-maqazin, server-client tipli proqramlar və digər durmadan böyüyən layihələr üçün istifadə edilir.

Hosting Xidmeti - Colocation
Hostinq Xidməti - Colocation
5). Colocation tipli hostinq xidməti

Müştəri öz serverlərini hostinq şirkətinin data mərkəzində yerləşdirir və servis xidmətinə görə ödəniş edir.

Adətən servis xidmətinə bunlar daxildir:

  • Server üçün yerin icarəsi
  • Serverin mühafizəsi
  • Serverin 24/7 rejimində elektriklə təmin edilməsi
  • Serverin 24/7 rejimində internetlə təmin edilməsi
  • Soyutma sistemi

Əlavə ödəniş etməklə serverdə yerləşən məlumatların periodik olaraq backupının (yedəyinin) alınmasını da sifariş edə bilərsiniz. Bu hostinq xidməti növünü mehmanxanada qalmaqla müqayisə etmək olar. Sizə qalmaq üçün yer, internet, qidalanma və digər xidmətlər göstərilir.

Hosting Xidmeti - Colocation
Hostinq Xidməti - Colocation

Colocation tipli hosting xidmeti , qiymət baxımından, Şəxsi Fiziki Server-dən daha sərfəlidir. Çünki server sizə məxsusdur və siz yalnız yuxarıda göstərilən xidmətlər üçün ödəniş edirsiniz. Bu növ xostinq xidməti adətən çox böyük layihələr üçün istifadə edilir.

hostinq xidməti sifariş etmək üçün zəng edin

070 983 66 99

WhatsApp chat