SEO xidməti biznesinizə nə verəcək?

SEO xidməti nədir və nə üçün lazımdır?

SEO (Search Engine Optimization) – veb saytın Google və digər axtarış sistemlərində axtarış zamanı daha yüksək yerlərdə çıxması üçün optimizasiya edilməsidir. SEO optimizasiya, saytınıza qoyulan uzun müddətli bir investisiyadır, çünki onun hesabına siz daim yeni müştərilər əldə edəcəksiniz. SEO xidməti saytınızda dayandırılsa belə, siz yenədə uzun müddət ərzində veb saytınız üzərindən orqanik üsul ilə müştərilər əldə edəcəksiniz.

Google SEO xidmeti
Bing SEO xidmeti
Yandex SEO xidmeti

Hər gün ölkəmizdə minlərlə insan Google və digər axtarış sistemlərində, onlara lazım olan məhsulları və xidmətləri axtarırlar, tapırlar və sifariş edirlər. Bu insanların arasında sizin də bir çox potensial müştəriniz var. Onları itirməmək üçün, Google axtarış nəticələrində sizin saytınızın yüksək yerlərdə çıxması çox önəmlidir.

SEO xidmeti məhz bunun üçün lazımdır. Veb saytınız Google və digər axtarış sistemlərində tapılması və ilk yerləri tutması üçün, SEO optimizasiya prosedurlarını davamlı olaraq yerinə yetirilməlidir.

Bu prosedurlara daxildir: saytınızın naviqasiyasının asanlarşdırılması, veb interfeysin istifadəçilərin istifadəsi üçün rahatlaşdırılması, meta teqlərin və başlıqların düzgün formada yazılması, daim yeni məqalələrin və xəbərlərin əlavə edilməsi, səhifələrdəki bütün kontentin(mətn və media faylların) SEO optimizasiya qaydalarına uyğun yazılması və əlavə edilməsi, açar sözlərin lazımı yerlərdə və lazımı həcmdə istifadə olunması, digər mövzuya uyğun keyfiyyətli veb saytlardan sizin saytınıza linklərin verilməsi, daxili linklərin verilməsi, saytın xəritəsinin korreksiyası, saytın Google Search Console və digər axtarış sistemlərində qeydiyyatdan keçirilməsi və s.

SEO xidməti sizə nə verəcək?

Potensial və Mövcud Müştəriləriniz sizi rahatlıqla tapacaq
Onların sizə qarşı olan etibarı və güvəni artacaq
Axtarış sisteminə ödəniş etmədən daim yeni müştərilər əldə edəcəksiniz
Ziyarətçilərin Müştəriyə çevrilmə ehtimalı (konversiya) artacaq
Brendinizi daha geniş auditoriyaya tanıtmış olacaqsınız
Satışların artmasını və stabilliyini təmin etmiş olacaqsınız

Daxili və Xarici SEO

SEO optimizasiya prosedurları əsasən 2 hissəyə ayrılır: Daxili SEOXarici SEO. Adlarından məlum olduğu kimi, Daxili SEO optimizasiya işləri sayt tərəfdə görülür. Xarici SEO optimizasiya işləri isə saytın xaricində görülür. Daxili və Xarici SEO optimizasiyaya daxil olan prosedurlarla aşağıda tanış ola bilərsiniz:

Daxili SEO optimizasiya:

+ Semantik nüvənin yığılması: biznes fəaliyyətinizə aid olan bütün açar sözlərin araşdırılması və həmin açar sözləri üzrə saytınızın reytinqdə qaldırırlması;

+ Sayt strukturunun yaxşılaşdırılması: menyu, naviqasiya, sayt xəritəsi, URL-lər və s;

+ Səhifələrin relevantlığının artırılması: səhifələrdəki kontentin insanların axtarışına maksimal dərəcədə uyğun olması üçün;

+ Texniki problemlərin aradan qaldırılması: saytın sürətinin qaldırılması, işləməyən linklərin aradan qaldırılması, səhifə dublikatlarının silinməsi və s;

+ Saytın interfeysinin(Uİ) və naviqasiyasının istifadıçilər üçün asanlaşdırılması;

+ Daim yeni kontentin əlavə edilməsi: saytın bloq və xəbərlər bölməsinə daim yeni, optimizasiya edilmiş məqalələrin və xəbərlərin yazılması. Lazım olduqda məqalələr bir neçə dildə yazıla bilər(Azərbaycan, Rus və İngilis dillərində);

+ Şəkillərin optimizasiyası: həcmin kiçildilməsi, alt taqların yazılması və s.;

+ Daxili linklərin verilməsi: saytın səhifələrinin arasında bir birinə linklərin yönəldilməsi;

Xarici SEO optimizasiya:

+ Link Building: digər mövzuya uyğun və yüksək reytinqli saytlardan sizin saytına linklərin yönəldilməsi;

+ Axtarış sitemlərində qeydiyyat: saytın Google Search Console və digər axtarış sistemlərində qeydiyyatdan keçirilməsi;

Xarici SEO xidmeti

SEO xidməti və Google Ads müqayisəsi

Bu bölümdə SEO optimizasiyanı ve Google Ads axtarış elanlarını müqayisə edərək, hər ikisinin müsbət və mənfi cəhətlərini qeyd edəcəyik.

SEO xidməti

+ Veb sayta gələn ziyarətçilərin sayı büdcədən asılı deyil. Bunun üçün axtarış sisteminə heç bir ödəniş edilmir. Hədəflənən açar sözləri saytda istifadə edərək, orqanik üsül ilə trafik əldə edilir;

Nəticə əldə etmək üçün müyyən zaman tələb olunur(1-3 ay);

+ Uzun müddətli effekt: SEO xidmetleri saytda dayandırılsa belə, sayta yenə də uzun müddət ərzində orqanik trafik gəlir;

Saytın axtarış nəticələrində tutacağı dəqiq yerə(pozisiyaya) qarantiya vermək mümkün deyil;

+ Hədəflənən açar sözlərin siyahısını əlavə xərcsiz böyütmək mümkündür;

Dəyişiklərin edilməsi çox zaman alır;

Veb sayta gələn ziyarətçilərin sayı reklama ayrılan büdcədən asılıdır. Elanınların üzərinə edilən hər klikə görə Google axtarış sisteminə ödəniş edilir;

+ Google Ads reklam kampaniyasına start verdiyiniz gündən nəticələri əldə etməyə başlayırsınız;

Reklam kampaniyasını dayandırdıqda, trafik də dayanır. Elanlar artıq axtarış nəticələrində çıxmır;

+ Elanlarınız axtarış nəticələrinin birinci səhifəsində çıxır;

Hədəflənən açar sözlərin siyahısının artırılması, reklam büdcəsinin artmasına gəlib çıxrarır;

+ Dəyişiklərin edilməsi az zaman alır;

Ağ, Qara və Boz SEO

SEO mütəxəssisləri SEO işini leqallıq baxımından şərti olaraq 3 kateqoriyaya bölürlər: Ağ, Qara və Boz SEO.

Ağ SEO

Axtarış sistemləri tərəfindən rəsmən icazə verilən və müsbət dəyərləndirilən üsullardan istifadə edərək, saytın optimizasiya edilməsi və həfədlənən açar sözlər üzrə reytinqinin qaldırılması.

Axtarış sistemlərinin əsas məqsədi, axtaran insanlara maksimal dərəcədə relevant, düzgün məlumatı çatdırmaqdır. SEO mütəxəssislərinin də əsas məqsədi bu olmalıdır.

Ağ SEO xidmeti
Ağ SEO üsulları

Qara SEO

Axtarış sistemləri tərəfindən rəsmən qadağa qoyulmuş üsullardan istifadə edərək, saytın reytinqinin artırılması.

Bu üsullara aiddir: link birjalarından linklərin alınması; açar-sözlərdən həddindən çox istifadə olunması; kloakinq – insanlara bir kontentin, axtarış sistemlərinin robotlarına isə digər kontentin göstərilməsi; satellit saytlar; LinkFarminq və s.

Qara SEO xidmeti
Qara SEO üsulları

Boz SEO

Paralel olaraq həm Ağ həm də Qara SEO usüllarından istifadə edərək, saytın reytinqinin artırılmasına şərti olaraq Boz SEO xidmeti deyilir.

Qara və Boz SEO üsüllarından istifadə etmək məsləhət görülmür, çünki nəticədə axtrış sistemləri sizin saytınızın reytinqini kəskin şəkildə azalda və ya saytınızı öz indeks bazasından deindeks edə, qara siyahıya sala bilər.

Boz SEO xidmeti
Boz SEO üsulları

Biz, JedAi komandası olaraq, yalnız Ağ SEO üsüllarından istifadə edərək, müştərilərimiz üçün yüksək keyfiyyətli SEO xidməti göstəririk. Bizim əsas məqsədimiz, hər 3 tərəfi maksimal dərəcədə razı salmaqdır: həm müştərilərimizi, həm axtarış verən insanları, həmdəki axtarış sistemlərini. Aşağıda SEO xidmeti üzrə iş sxemimizlə tanış ola bilərsiniz.

SEO Xidməti üzrə iş sxemimiz

1). Biznesinizi və Saytınızı analiz edirik;

2). Rəqiblərinizi analiz edirik;

3). Semantik nüvəni hazırlayırıq(açar sözlərin strukturu, prioritet üzrə);

4). Saytınızda Daxili SEO optimizasiya edirik:

5). Saytınızda Xarici SEO optimizasiya edirik;

6). Saytınıza daim yeni, SEO optimizasiya edilmiş kontent əlavə edirik;

7). Rəqiblərinizi tək tək geridə qoyuruq;

SEO Strategiyasi
SEO xidməti üzrə iş sxemi

SEO xidməti üzrə bizdən təklif alın

SEO xidmeti üzrə bizdən təklif almaq üçün, aşağıdaki xanaları doldurun və Göndər düyməsinə basın.

WhatsApp chat