SMM XİDMƏTİ

SMM xidməti nədir və nə üçün lazımdır?

Sosial şəbəkələrsiz həyatımızı təsəvvür etmək artıq çox çətindir. Hər birimiz hər gün sosial şəbəkələrdən istifadə edərək, dostlarımızın və tanışlarımızın həyatları barədə paylaşımları izləyirik, ölkəmizdə və dünyada baş verən hadisələr barədə xəbərləri oxuyuruq, müxtəlif qruplarda iştirak edirik, fikirlərimizi paylaşırıq və s.

Burada hər biznes öz potensial müştərlərini tapa bilər. Bu səbəbdən sosial şəbəkələrdə biznesinizin profilini yaratmaq, periodik olaraq maraqlı paylaşımlar etmək və ödənişli reklam imkanlarından istifadə etmək çox önəmlidir.

SMM xidməti eləcə də veb saytınıza trafik gətirmək üçün ən effektiv alətlərdən biridir. Sosial şəbəkələrdə yerləşdirdiyiniz paylaşımdan, bir başa satış saytınızda yerləşdirdiyiniz məhsulun səhifəsinə potensial müştərilərinizi yönəldərək, satışlarınızı artıra bilərsiniz.

instagrama sekil
Kreativlik

Kreativ və diqqəti cəlb edən paylaşımlar hazırlayırıq

Facebook və Instagram səhifənizdə kreativ və diqqəti cəlb edən paylaşımlar yerləşdirərək, auditoriyazınızı hər zaman aktiv saxlayırıq! Paylaşımlar kreativliyi və peşəkarlığı ilə seçilən dizayner və kopirayterlərimiz tərəfindən hazırlanıb, hər gün səhifələriizdə yerləşdirilir. Hətədə 5-6 ədəd  paylaşım edərək, izləyicilərinizin sizi yaddan çıxarmasıma imkan vermirik və yeni izləyiciləri cəlb edirik.

Müsabiqələr və sorğular keçirərək, izləyicilərinizin dostlarına və tanışlarına brendinizi tanıdırıq və onları da səhifənizi izləməyə dəvət edirik. Paylaşımları target reklam vasitəsi ilə daha geniş və doğru seçilmiş auditoriyaya çatdıraraq, sizə yeni müştərilər əldə etmək üçün yardımçı oluruq.

İŞİN GEDİŞATI

MƏLUMAT TOPLAYIRIQ

İlk öncə sizin biznes, brend və biznes sahəniz barədə yetərincə məlumat toplayırıq. Bu mərhələdə rəqiblərinizin internet üzərindən analizini də edirik: onların veb-saytlarının mövcudluğunu və keyfiyyətini; sosial şəbəkələrdə mövcudluğunu və paylaşımların tezliyi/keyfiyyəti; axtarış sistemlərində pozisiyaları və s.

Reqib Analizi

Səhifələri Hazırlayırıq

Əgər Facebook və Instagramda biznesinizi təmsil edən səhifələriniz yoxdursa, o zaman səhifələri sizin üçün qeydiyyatdan keçiririk və gözəl bir tərzdə dizayn edirik.

Əgər səhifələriniz varsa, o zaman səhifələrinizi gözdən keçirib, lazım olan modifikasiyaları edirik.

Facebook sehifesi
Paylaşımların hazırlanması və yerləşdirilməsi

Facebook və Instagram səhifələriniz tam hazır olduqdan sonra keçirik əsas məsələyə, paylaşımların hazırlanıb yerləşdirilməsinə.

Hər həftə, növbəti həftə üçün kontent planı hazırlayırıq. Bu planda növbəti həftənin hər günü üçün sosial şəbəkələrdə yerləşdirəcəyimiz paylaşımların mövzuları, mətnləri və media faylların siyahısı göstərilir.

Paylaşımların arasında həm məhsul və ya xidməti tanıdan, həm müsabiqə və ya sorğu xarakterli, həm də mövzuya uyğun digər paylaşımlar hazırlayıb yerləşdiririk.

Paylasimlarin Plani

TARGET REKLAM

Target reklamın köməyi ilə, paylaşımlarınızı düzgün auditoriyaya – potensial müştərilərinizə çatdırırıq. Reklamı göstərəcəyimiz istifadəçi kütləsini seçərkən, yaş həddini, cinsi, lokasiyanı(şəhər, region) və maraqları nəzərə alırıq.

Sponored Reklam

KOMENTLƏRİ VƏ MESAJLARI CAVABLANDIRIRIQ

İstifadəçilərin suallarına və ya sorğularına cavab verilmədiyi halda və ya gec cavab verildiyi halda, siz həmin potensial müştərilərinizi böyük ehtimal ilə itirirsiniz. Bu səbəbdən koment və mesajları qısa zaman ərzində cavablandırmaq çox önəmlidir.

Suallarin Cavablandirilmasi

Bizim operatorlar günün iş saatları ərzində, sosial şəbəkələrdə bütün istifadəçilərinizin sual və sorğularına vaxtı vaxtında cavab göndərərək, müştəri məmnuniyyətini artıracaqlar. Günün qeyri iş saatları ərzində sualların cavablandırılması üçün isə bizim Chat-Bot xidmətimizi sifariş edə bilərsiniz.

Bizdən təklif almaq üçün aşağıdaki xanaları doldurun və Göndər düyməsinə basın. Biz sizinlə əlaqə saxlayacayıq.
WhatsApp chat